“Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün ifadə verəcək

“Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün ifadə verəcək Portuqaliyalı hücumçu vergidən yayınma ittihamı ilə bağlı sorğu-sual olunacaq
Futbol
31 İyul , 2017 16:36
“Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün ifadə verəcək

Bakı. 31 iyul. REPORT.AZ/ “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu bu gün vergidən yayınma ittihamı ilə bağlı ifadə verəcək.

“Report”un “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, 32 yaşlı hücumçu Madrid prokurorluğunun 2011-2014-cü illərdə vergidən yayınma iddiası ilə Posuelo-de-Alarkon şəhərində sorğu-sual olunacaq.

Portuqaliyalı özünü tam təqsirsiz hesab edir və hüquqlarını müdafiə etmək niyyətindədir. Ulduz futbolçu ifadə vermək ərəfəsində şəxsi hüquqşünas komandasını bir qədər də gücləndirib.

Qeyd edək ki, bir müddət əvvəl Madrid prokurorluğu Kriştianu Ronalduya qarşı 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə 2011-2014-cü illərdə 14,8 milyon avro vergini gizlətməsinə dair ittiham irəli sürüb.

Son xəbərlər

Orphus sistemi