"Real Madrid" klubu icarəyə verdiyi futbolçusunun oynamayacağı hər matça görə 40 min avro qazanacaq

"Real Madrid" klubu icarəyə verdiyi futbolçusunun oynamayacağı hər matça görə 40 min avro qazanacaq "Herenven" "kral klubu"na 40 min avro ödəməli olacaq
Futbol
2 Mart , 2017 10:59
Real Madrid klubu icarəyə verdiyi futbolçusunun oynamayacağı hər matça görə 40 min avro qazanacaq

Bakı. 2 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futboçusu Martin Edeqorun icarə əsasında Hollandiyanın "Herenven" komandasına keçidinin təfərruatları məlum olub. 

"Report"un "El Confidencial"a istinadən verdiyi məlumata görə, Norveç millisinin 18 yaşlı yarımmüdafiəçisinin iştirak etməyəcəyi hər bir matç onun hazırkı klubuna baha başa gələcək.

Müqavilədə yer alan bəndə əsasən, baş məşqçi Edeqoru meydana buraxmayacağı təqdirdə, "Herenven" "kral klubu"na 40 min avro ödəməli olacaq.

İcarə müqaviləsi 2018-ci ilin yayına qədər nəzərdə tutulub. Norveçli futbolçu icarədə olduğu müddətdə Hollandiya təmsilçisinin keçirdiyi 7 oyunun hamısında iştirak edib.

Qeyd edək ki, Norveç milli komandası DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə birgə C qrupunda yer alıb.

Son xəbərlər

Orphus sistemi