"Real Madrid"in sabiq futbolçusu karyerasını bitirib

"Real Madrid"in sabiq futbolçusu karyerasını bitirib Bakı. 5 noyabr. REPORT.AZ/ Hollandiya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Rafael van der Vaart karyerasını bitirməyi qərara alıb.
Futbol
5 Noyabr , 2018 13:45
Real Madridin sabiq futbolçusu karyerasını bitirib

Bakı. 5 noyabr. REPORT.AZ/ Hollandiya milli komandasının və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Rafael van der Vaart karyerasını bitirməyi qərara alıb.

“Report” xəbər verir ki, hazırda Danimarkanın “Esbyerq” klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi bu barədə “Voetbal İnternational” jurnalına verdiyi müsahibədə bildirib.

Hollandiyalı oyunçu ötən cümə axşamı yenidən zədələndiyini və karyerasını bitirmək vaxtının çatdığını söyləyib: “Həmişə futbolu bacardığım qədər uzun müddət oynamaq istədiyimi demişəm. Amma başa düşdüm ki, karyeramı bitirməyin vaxtıdır. İndiyədək ən yaxşı stadionlarda və turnirlərdə oynamışam. Buna görə də rahatam. Futbolçu kimi gözəl illər keçirdim. Hər kəsə belə bir karyera arzulayıram”.

Qeyd edək ki, Rafael van der Vaart Hollandiya millisində 109 oyuna 25 qol vurub. Milli komanda ilə 2010-cu ildə CAR-da keçirilmiş dünya çempionatında o, gümüş medal qazanıb.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi