Yuxarı
    Bağlamaq

    "Real Madrid"in prezidenti Florentino Peres vəzifəsini tərk etməyə hazırlaşır

    O, yorğun olduğu üçün özünə və ailəsinə vaxt ayırmaq istəyir

    Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres postunu təhvil verməyə hazırlaşır.

    "Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 69 yaşlı funksioner həddindən artıq yorğun olduğu üçün özünə və ailəsinə vaxt ayırmaq istəyir.

    F.Peres vəzifəsindən gedəcəyini elan edəcəyi halda, onu kimin əvəzləyəcəyinə dair məlumat verilmir.

    Qeyd edək ki, bu, Florenino Peresin "Real Madrid"də 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldu, Kaka kimi ulduz futbolçuları transfer edən 69 yaşlı iş adamı xeyli sayda kubok da görüb. "Real Madrid" onun rəhbərliyi altında 5 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 3 dəfə Çempionlar Liqasını qazanıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi