Yuxarı

"Real Madrid"in əsas hücumçusu zədələnib

"Real Madrid"in əsas hücumçusu zədələnib

İspaniyanın "Real Madrid" komandasının əsas futbolçularından hesab olunan Kərim Benzema zədələnib.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Madrid təmsilçisinin sonuncu məşqində iştirak etməyib.

Təcrübəli forvard artıq tibbi müayinədən keçib. Oyunçunun əzələsindən xəsarət aldığı bəlli olub. Benzemanın bərpa müddəti daha sonra bəlli olacaq.

Qeyd edək ki, "Real Madrid" La Liqada 65 xalla üçüncü pillədə qərarlaşıb. Komanda XXXV turda səfərdə "Rayo Valekano" ilə üz-üzə gələcək. Görüş aprelin 28-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi