Yuxarı

​"Real Madrid"in baş məşqçisi istefaya göndərilib

Əvəzində bu post Zinəddin Zidana tapşırılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, bu barədə qərar klub prezidenti Florentino Peresin rəhbər heyət üzvləri ilə keçirdiyi görüşdə qəbul olunub.

55 yaşlı mütəxəssislə anlaşma pozulub. Əvəzində bu post Zinəddin Zidana tapşırılıb. Zidan Benitesi əvəzləməyə razılıq verib. Benitesin istefaya göndərildiyinə dair xəbər tezliklə rəsmən açıqlanacaq.

Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra "Real Madrid" 37 xalla 3-cü pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi