Yuxarı

“Real Madrid” futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb

“Real Madrid” futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb
“Kral klubu”nun 674,6 milyon avro əldə etdiyi bildirilir

Bakı. 15 sentyabr. REPORT.AZ/ İspaniyanın “Real Madrid” futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb.

“Report” xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytında yer alan maliyyə hesabatında “Kral klubu”nun 674,6 milyon avro əldə etdiyi bildirilir. Bu isə 2015/2016 mövsümü ilə müqayisədə 8,8 faiz çoxdur (620,1 milyon).

Bütün vergi öhdəlikləri yerinə yetirildikdən və digər xərcləri çıxdıqdan sonra klubun xalis mənfəəti 21,4 milyon avro təşkil edib. “Real Madrid”in ümumi borcu isə 10,3 milyon avrodur.

Qeyd edək ki, “Real Madrid” 2016/2017 mövsümündə İspaniya La Liqasının, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi