"Real" "Leqanes"ə uduzaraq İspaniya Kubokunda mübarizəni dayandırıb - VİDEO

"Real" "Leqanes"ə uduzaraq İspaniya Kubokunda mübarizəni dayandırıb - VİDEO "Kral klubu" evdə 1:2 hesablı məğlubiyyətə uğrayıb
Futbol
25 Yanvar , 2018 03:52
Real Leqanesə uduzaraq İspaniya Kubokunda mübarizəni dayandırıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Madriddə futbol üzrə İspaniya Kubokunun ¼ finalında "Real" və "Leqanes" arasında cavab matçı keçirilib.

“Report” xəbər verir ki, ilk oyunda minimal hesablı qələbədən sonra "Santyaqo Bernabeu" sahibləri 1:2 məğlub olublar.

İki oyunun nəticəsinə görə, "Leqanes" yarımfinala vəsiqə qazanıb.

İspaniya Kuboku. 1/4 final. 2-ci matç

"Real" – "Leqanes" - 1:2

Qollar: 0:1 – Eraso – 31, 1:1 – Benzema – 47, 1:2 – Qabriel – 55

Son xəbərlər

Orphus sistemi