Yuxarı

"Real"ın alman futbolçusu Toni Kroos "Yuventus"a keçə bilər

Turin klubu yarımmüdafiəçiyə görə 60 milyon avro ödəməyə hazırdır

Bakı. 25 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun (Madrid) futbolçusu Toni Kros İtaliyanın "Yuventus" komandasına (Turin) keçə bilər.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Turin klubu 26 yaşlı alman yarımmüdafiəçiyə görə artıq bu qış transfer pəncərəsində 60 milyon avro ödəməyə hazırdır. Əgər sövdələşmə baş tutmazsa, ehtiyat olaraq Fransa PSJ-sindən Marko Verratti və İspaniya "Barselona"sından İvan Rakitiç variantları mövcuddur.

Toni Kroos cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 20 matç keçirib, 1 dəfə fərqlənib və 11 qol ötürməsi verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi