"Real" 95-ci dəqiqədə qol buraxaraq "Alaves"ə məğlub olub

"Real" 95-ci dəqiqədə qol buraxaraq "Alaves"ə məğlub olub Bakı. 6 oktyabr. REPORT.AZ/ Madridin Real klubu futbol üzrə İspaniya çempionatının 8-ci turunda Alavesə məğlub olub.
Futbol
6 Oktyabr , 2018 23:13
Real 95-ci dəqiqədə qol buraxaraq Alavesə məğlub olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 8-ci turunda "Alaves"ə məğlub olub.

“Report” xəbər verir ki, Viktoriya şəhərinin "Mendisorrosa" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 95-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi yarımmüdafiəçi Manu olub.

"Real" bu məğlubiyyət sayəsində İspaniya çempionatının artıq ardıcıl üç oyununda xal itirib. Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3).

Hazırda "Real" 14 xalla Primeronun turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Alaves" isə (14) üçüncüdür.

İspaniya Primerosu. 8-ci tur

"Alaves" – "Real" - 1:0

Qol: 1:0 – Manu – 90+5

Son xəbərlər

Orphus sistemi