"Real" 93-cü dəqiqədə qol buraxaraq "Espanyol"a məğlub olub - VİDEO

"Real" 93-cü dəqiqədə qol buraxaraq "Espanyol"a məğlub olub - VİDEO Barselonada keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
28 Fevral , 2018 02:53
Real 93-cü dəqiqədə qol buraxaraq Espanyola məğlub olub - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ "Real" futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Espanyol"a məğlub olub.

“Report” xəbər verir ki, Barselona şəhərinin "Kornelya-El Prat" stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Herar Moreno vurub.

Madrid komandası 2007-ci ildən bu yana ilk dəfə olaraq "Espanyol"a məğlub olub. Həmin vaxt Kataloniyanın paytaxtında baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real" (51 xal) turnir cədvəlində hazırda üçüncü, "Espanyol" (31) isə 13-cü yeri tutur.

İspaniya Primerosu. 26-cı tur

"Espanyol" – "Real Madrid" - 1:0

Qol: 1:0 – Moreno – 90+3

Son xəbərlər

Orphus sistemi