Rayan Giqqz "Bakcell Arena"dakı məşqdə qapı daşıyıb

Rayan Giqqz "Bakcell Arena"dakı məşqdə qapı daşıyıb Uels milli komandası Azərbaycan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl Bakcell Arenada məşqə çıxıb.
Futbol
15 Noyabr , 2019 16:06
Rayan Giqqz Bakcell Arenadakı məşqdə qapı daşıyıb

Uels milli komandası Azərbaycan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl "Bakcell Arena"da məşqə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Futbolçular fiziki təlimləri yerinə yetirdiyi vaxt baş məşqçi Rayan Giqqz köməkçiləri ilə birgə qapını meydanın mərkəzinə daşıması ilə diqqət çəkib.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi