AFFA-nın I vitse-prezidenti: "Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşmalarda qələbə qazanmalıyıq"

AFFA-nın I vitse-prezidenti: "Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşmalarda qələbə qazanmalıyıq" Hamımız istəyirik ki, çempionatımızda klub sayı çox olsun, futbolumuz inkişaf etsin. Ancaq maliyyə və digər məsələlər var ki, onlara mütləq baxılmalıdır. Bütün bunlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq.
Futbol
26 May , 2019 13:23
AFFA-nın I vitse-prezidenti: Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşmalarda qələbə qazanmalıyıq

"Hamımız istəyirik ki, çempionatımızda klub sayı çox olsun, futbolumuz inkişaf etsin. Ancaq maliyyə və digər məsələlər var ki, onlara mütləq baxılmalıdır. Bütün bunlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq".

"Report"verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.

Milli assosiasiyanın I vitse-prezidenti jurnalistlərə açıqlamasında uşaq futbolunun durumu barədə də danışıb. O, bu sahəbə inkişafın hiss olunduğunu söyləyib: "Bu gün uşaq futbolu inkişaf edir. Proses bütün regionlarda davam edir. Demək olar ki, bütün rayonlarda olmuşam: Tərtərdə, Füzulidə, Bərdədə, eyni zamanda digər yerlərdə. İstedadlı uşaqlar kifayət qədərdir. Düzgün seleksiya qurulmalı və buna məsul olan məşqçilər işləməlidir. Ona görə ki, bu uşaqlar gələcəkdə Azərbaycan yığmasını layiqincə təmsil edə bilsinlər və ölkə futbolunu irəli aparsınlar".

R.Əliyev milli komandanın iyunun 8-də və 11-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Macarıstan və Slovakiya ilə oyunlarına da toxunub. O, yığmadan hər iki ev matçında qələbə gözlədiyini vurğulayıb: "Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Futbolçularımız hər iki matçda bütün gücləri ilə mübarizə aparmalıdılar. Başqa yol yoxdur. Çünki bu oyunlardan nə qədər çox xal toplasaq, gələcəkdə o qədər yaxşı olacaq. Əksi olarsa, bu, komandanın vəziyyətini çətinləşdirəcək. Buna görə də, həm baş məşqçi Nikola Yurçeviç, həm də futbolçular başa düşməlidilər ki, onlar hansısa klubu deyil, milli komandanı təmsil edirlər.

Hər iki görüşdə də qələbə qazanmalıyıq. İki oyunda 2 xal çox pis nəticə olar. Təəssüf ki, Millətlər Liqasında Malta, Farer adaları kimi komandalara qalib gələ bilmədik. Bu, oldu keçdi. Qarşıdakı matçlarda çalışıb qalib gəlməliyik. Nəzərə alaq ki, Avropa çempionatının 4 oyunu Bakıda olacaq".

Son xəbərlər

Orphus sistemi