Ramin Musayev: “Qarabağ”ın Portuqaliyadan xalla qayıdacağına inanıram”

Ramin Musayev: “Qarabağ”ın Portuqaliyadan xalla qayıdacağına inanıram” "Bizimkilər çempion olurlar, avrokuboka vəsiqə qazanırlar, sonra komanda yığırlar"
Futbol
18 Sentyabr , 2018 17:52
Ramin Musayev: “Qarabağ”ın Portuqaliyadan xalla qayıdacağına inanıram”
PFL prezidenti Ramin Musayev / Report/FIri Salim

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Qarabağ” son matçda göstərdi ki, oyunçular bir-birilərinə alışıblar. Amma tam yox. Anlaşma hardasa 70 faizdir. “Sportinq”lə görüşdə bir-birilərini daha da başa düşəcəklərinə və yaxşı oyun göstərəcəklərinə inanıram”.

Bunu “Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliyada “Sportinq”ə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Qurumun rəhbəri bildirib ki, Ağdam təmsilçisinin səfərdən xalla qayıdacağına inanır: “Bunu bir azarkeş kimi deyirəm: Heyətdəki itkilərə rəğmən, “Qarabağ” səfərdən xalla dönəcək. Azərbaycanı, dövləti təmsil edən komanda hamımızındır. Avrokuboklarda azarkeşləri sevindirmək istəyən klub rəhbərləri kollektivi yarışa qışda hazırlamalıdırlar. Bizimkilər çempion olurlar, avrokuboka vəsiqə qazanırlar, sonra komanda yığırlar. Bu, düzgün deyil. “Qarabağ”ın birinci oyununu da nəzərə alın, ikinci və üçüncü görüşlərini də. Get-gedə artırırlar. Komandanı yanvarda komplektləşdirsən, yayda heç bir problem olmaz. Çünki futbolçular bir-birilərini tam başa düşməlidir”.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi