Yuxarı

Ramil Şeydayevin klubu Türkiyə Superliqasında qələbə qazanıb

Trabzonsporun rəqibi Konyaspor klubu olub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu Türkiyə Superliqasının 5-ci turunda qələbə qazanıb.

"Report" xəbər verir ki, 1:0 hesabı ilə başa çatan oyunda rəqib "Konyaspor" olub.

Matçda yeganə qolu oyuna əlavə olunmuş 5-ci dəqiqədə (90+5) Yusif Ərdoğan vurub. Ramil Şeydayev heyətdə yer almayıb.

"Trabzonspor" qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq 10-cu pilləyə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi