Ramil Şeydayev: "Harada çıxış edəcəyimi bilmirəm"

Ramil Şeydayev: "Harada çıxış edəcəyimi bilmirəm" Bakı. 22 may. REPORT.AZ/ Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəyəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm.
Futbol
22 May , 2018 06:35
Ramil Şeydayev: Harada çıxış edəcəyimi bilmirəm

Bakı. 22 may. REPORT.AZ/ "Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəyəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun futbolçusu Ramil Şeydayev "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının XXVIII tur matçından sonra deyib.

O, gözlənildiyi qədər qol vura bilməməsindən doğan tənqidlərə şərh vermək istəməyib: "Şərhsiz. Bu, sizin şəxsi mövqeyinizdir".

Şeydayev "Qarabağ"dakı taleyinə hələ aydınlıq gəlmədiyini də vurğulayıb:

"Hələ heç nədən xəbərim yoxdur. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik heç kiminlə danışmamışam. Fikirləşəcəyəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

Gənc forvard hazırkı klubunda keçirdiyi mövsümü isə belə dəyərləndirib:

"Burada çempion oldum. Bu, yaxşı haldır. "Jilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram".

Son xəbərlər

Orphus sistemi