Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum"

Rahid Əmirquliyev: "Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum" "Azərbaycan himnini hər zaman ifa etmişəm"
Futbol
13 Oktyabr , 2017 18:10
Rahid Əmirquliyev: Kimin şübhəsi varsa, gəlsin, onun üçün himn oxuyum

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Azərbaycan millisinin heyətində səfərdə Almaniya yığması ilə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl himn oxumamasının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərə açıqlamasında himni hər zaman ifa etdiyini bildirib. O, həyəcandan belə bir halın baş verdiyini təkzib edib: "Ola bilsin, hansısa epizodda oxumağım düşməyib. Lakin bu, o demək deyil ki, himni bilmirəm. Kiminsə şübhəsi varsa, gəlsin, şəxsən onun üçün oxuya bilərəm".

Qeyd edək ki, Rahid Əmirquliyev Almaniya ilə oyunda Azərbaycan millisinin kapitanı funksiyasını yerinə yetirib. 

Son xəbərlər

Orphus sistemi