Yuxarı
    Bağlamaq

    "Seltik"in baş məşqçisi: "1:0 hesablı qələbənin kifayət edəcəyini düşünmürəm"

    Əgər rəqibin qapısına bir qol da vursaq, onda onlar üç top vurmalı olacaqlar

    Bakı. 30 iyul. REPORT.AZ/ "Bizim güclü müdafiəmiz var və mən inanıram ki, Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcəyik".

    "Report" Evening Times-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan klubu "Qarabağ" ilə matçdan sonra Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla bildirib.

    "Biz hələ oyunda qalib gəlməmişik. 1:0 hesablı qələbənin kifayət edəcəyini düşünmürəm. Rəqiblə müqayisədə bizim şanslarımız daha çox idi", - "Seltik" klubunun məşqçisi bildirib.

    Eyni zamanda, R.Deyla komandasının qapısından top buraxmadığına görə məmnunluğunu ifadə edib: "Biz daha yaxşı bir mövqedəyik. Əgər rəqibin qapısına bir qol da vursaq, onda onlar üç top vurmalı olacaqlar. Mən komandama inanıran və düşünürəm ki, oyunçuların fərdi səviyyələrinə görə biz rəqibimizi üstələyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi