Yuxarı

Qus Hiddink Çin yığmasından qovulub

Qus Hiddink Çin yığmasından qovulub

Qus Hiddink Çinin futbol üzrə olimpiya komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

"Report" "Fox Sports Asia"ya istinadən xəbər verir ki, Çin Futbol Federasiyası 73 yaşlı mütəxəssisin mətbuatla ünsiyyət tərzini və millinin nəticəsini bəyənməyib. Hiddinkin taleyini Vyetnama 0:2 hesabı ilə uduzduqları oyun həll edib.

Hollandiyalı məşqçinin yerinə bu posta ölkənin qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Hao Vey gətiriləcək.

Qeyd edək ki, Qus Hiddink karyerası ərzində Hollandiyanın PSV, İspaniyanın "Valensiya", "Real Madrid", "Betis" və İngiltərənin "Çelsi" komandalarına rəhbərlik edib. O, həmçinin Cənubi Koreya, Hollandiya, Avstraliya, Rusiya və Türkiyə millilərinin baş məşqçisi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi