Yuxarı

Qurbanov Mircavadovun rekordunu təkrarlayıb

Qurbanov Mircavadovun rekordunu təkrarlayıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb.

“Report” xəbər verir ki, bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb.

Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.

mövsümçempion
1992Əhməd Ələsgərov
1993Ağasəlim Mircavadov
1993/94Kazbek Tuayev
1994/95Mehman Allahverdiyev
1995/96Kazbek Tuayev
1996/97Kazbek Tuayev
1997/98Mehman Allahverdiyev
1998/99Mehman Allahverdiyev
1999/2000Ağasəlim Mircavadov
2000/01Ağasəlim Mircavadov
2001/02yarımçıq qalıb
2002/03Keçirilməyib
2003/04Kazbek Tuayev
2004/05Ağasəlim Mircavadov
2005/06Böyükağa Hacıyev
2006/07Ağasəlim Mircavadov
2007/08Valentin Xodukin
2008/09Qyoko Hacievski
2009/10Kaxaber Sxadadze
2010/11Arif Əsədov
2011/12Böyükağa Hacıyev
2012/13Böyükağa Hacıyev
2013/14Qurban Qurbanov
2014/15Qurban Qurbanov
2015/16Qurban Qurbanov
2016/17Qurban Qurbanov
2017/18Qurban Qurbanov
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi