Qurban Qurbanov "Yanq Boys" barəsində fikirlərini açıqlayıb

Qurban Qurbanov "Yanq Boys" barəsində fikirlərini açıqlayıb “Yanq Boys” haqda kiçik araşdırma apardım"
Futbol
7 Avqust , 2015 18:44
Qurban Qurbanov Yanq Boys barəsində fikirlərini açıqlayıb

Bakı. 7 avqust. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində rəqib "Yanq Boys" barəsində fikirlərini paylaşıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yerli mütəxəssis avrokubokun bu mərhələsində zəif rəqibin olmadığını deyib:

"Püşkatmadan sonra “Yanq Boys” haqda kiçik araşdırma apardım. Maraqlı komandadı. Zəngin Avropa təcrübəsinə malikdilər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindi. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadı. Onun əsl gücünü onda görürsən".

Q.Qurbanov indidən Avroliqadakı rəqib haqda düşünməyin doğru olmayacağını qeyd edib: "Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyun gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik".

Son xəbərlər

Orphus sistemi