Yuxarı

Qurban Qurbanov: "Reynaldo barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik"

Qurban Qurbanov: "Reynaldo barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik"

Bakı. 13 dekabr. REPORT.AZ/ "Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".

"Report"un London bürosu xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

"Təəssüf ki, hücumdakı problemlər bir oyunçu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdır. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdir. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq", - Qurbanov söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi