Yuxarı

Qurban Qurbanov: "İstəməzdik ki, evdəki son oyunda uduzaq"

Qurban Qurbanov Tottenhemlə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb

Bakı. 27 noyabr. REPORT.AZ/ "İstəməzdik ki, evdəki son oyunda uduzaq. Təəssüf ki, istədiyimiz oyun alınmadı". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə "Tottenhem"inə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra deyib.

O, futbolçularından razı qaldığını bildirərək, azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb. Qrup mərhələsindəki bütün rəqiblərinin güclü olduğunu deyən Qurbanov mümkün olmayanı etməyə çalışdıqlarını bildirib: "Qol epizodlarını yada salsaq, şanssızlıq olduğunu deyə bilərik. Amma nəticə oyuna görə oldu". 43 yaşlı mütəxəssis təcrübələrinin ildən-ilə artdığını vurğulayıb: "Biz bu təcrübədən maksimum yararlanmağa çalışacağıq. Desəm ki, mərhələ şansımız var, düz olmaz. Şansımız yoxdur demək də olmur. Real yanaşmaq lazımdır: Mərhələ adlamaq çox çətindir. Biz zəif olsaq belə, qələbə haqda düşünməliyik. Bəzən xarakter hesabına qalib gəlməlisən".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi