Yuxarı

​Qurban Qurbanov: "Çempionatda mübarizə gərginləşir"

İrəlidə gərgin oyunlar olacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ “Qələbə münasibəti ilə “Neftçi”ni təbrik edirəm. “Neftçi” həmişə olduğu kimi istəkli idi. Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim. Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı".

"Report" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 14-cü turunda iki komanda arasında keçirilən oyundan sonra bildirib.

O, oyunçuların yorğunluq fonunda mübarizə apardıqlarını qeyd edərək, onların hər birinə təşəkkürünü bildirib:

"Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı “Neftçi” qazandı, qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, “Neftçi” mənim üçün doğma klubdur, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdir, bura “Neftçi” də daxildir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi