Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı" "Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm"
Futbol
24 Avqust , 2017 01:37
Qurban Qurbanov: Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı

Bakı. 24 avqust. REPORT.AZ/ "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm”.

“Report”un məlumatına görə, bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.

Qırx beş yaşlı mütəxəssis bildirib ki, hər şey onların düşündükləri kimi alınıb:

“Müdafiədə diqqətli olmalıydıq. Rəqib pressinq tətbiq edirdi, biz də bunun qarşısını almağa çalışırdıq. Rəqib evdə oynayırdı deyə, təzyiq göstərirdi. İstər-istəməz azarkeş dəstəyi sözünü deyir. İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı”.

Bakıda baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ”, rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində yoluna qitənin ən nüfuzlu klub turnirində davam edir.

Son xəbərlər

Orphus sistemi