Yuxarı

​Qurban Qurbanov: "Biz "Dnepr"in məğlubiyyətindən istifadə etdik"

Bu gün xal qazandıq. Bu səfər üçün yaxşı nəticədir

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bu gün xal qazandıq. Bu səfər üçün yaxşı nəticədir".

"Report" xəbər verir ki, bu sözləri Fransada Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Sent-Etyen"-"Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

"Bu gün xal qazandıq. Bu səfər üçün yaxşı nəticədir. Biz "Dnepr"in məğlubiyyətindən istifadə etdik. Amma hər şey dəyişə də bilər.

Rəqibin təzyiqləri qarşısında, bu pis nəticə deyil. "Sent-Etyen" üstün oyun nümayiş etdirdi. Bizi çətin vəziyyətlərə saldı. "Sent-Etyen"in hücumlarına qarşı müdafiə strategiyası seçmişdik. Başqa yolumuz yox idi, çünki bizim braziliyalı futbolçularımız oynamırdılar. Həmişə olduğu kimi, mən bu dəfə də, hakimin qərarları ilə bağlı bitərəf qalıram".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb və "Qarabağ" bu heç-heçə nəticəsində "F" qrupunda ikinci pilləyə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi