Qullit: "Qvardiola Çempionlar Liqasında uduzacaq"

Qullit: "Qvardiola Çempionlar Liqasında uduzacaq" Niderland yığmasının sabiq futbolçusu Rud Qullit bildirib ki, Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında qalib gələ bilməz, çünki onun Lionel Messi kimi hücumçusu çatışmır.
Futbol
20 Aprel , 2019 03:30
Qullit: Qvardiola Çempionlar Liqasında uduzacaq

Niderland yığmasının sabiq futbolçusu Rud Qullit bildirib ki, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında qalib gələ bilməz, çünki onun Lionel Messi kimi hücumçusu çatışmır.

Bu barədə "Report" xarici KİVə istinadən xəbər verir.

"Qvardiola daha Çempionlar Liqasında qalib gəlmir, çünki onun Messisi yoxdur. Bu, onun nəticələrinə çox güclü təsir göstərir. Pep artıq "Bavariya"da gücünü sınayıb və hər dəfə zəfərə yaxın olub, lakin Çempionlar Liqasında qalib olmayıb", - deyə o bildirib.

Niderland yığmasının sabiq futbolçusu qeyd edib ki, Messi təmsil olunduğu komandanı çətin vəziyyətdən çıxarır: "Barselona"nın matç zamanı problemi yarananda Messi gəlib çıxır. Bu dəfələrlə baş verib. Leo Qvardiolanın heyətinin tərkibində həyati əhəmiyyətli element idi", - deyə o əlavə edib. 

Daha əvvəl bildirilib ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir. 48 yaşlı mütəxəssis “şəhərlilər”lə 2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi