Qvardiola “Mançester Siti” ilə müqaviləsinin müddətini uzatmaq istəyir

Qvardiola “Mançester Siti” ilə müqaviləsinin müddətini uzatmaq istəyir “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir.
Futbol
11 Mart , 2019 16:26
Qvardiola “Mançester Siti” ilə müqaviləsinin müddətini uzatmaq istəyir
0 : 00
0 : 00

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “şəhərlilər”lə 2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədir. Onun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

X.Qvardiola 2016-cı ilin iyulundan rəhbərlik etdiyi “Mançester Siti” ilə bir dəfə Premyer Liqanın qalib olmaqla yanaşı, eyni sayda İngiltərə Superkubokunu əldə edib. O həmçinin iki dəfə İngiltərə Liqa Kubokunda uğur qazanıb.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada geridə qalan 30 turdan sonra 74 xalla liderdir. “Şəhərlilər” Çempionlar Liqasının 1/8 final mərhələsinin Almaniyada baş tutan ilk oyununda “Şalke”ni 3:2 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi