Qriqorçuk: "Kubokda "Qəbələ"ni finala çıxarmaq üçün hər şey edəcəyəm"

Qriqorçuk: "Kubokda "Qəbələ"ni finala çıxarmaq üçün hər şey edəcəyəm" "Mənim üçün finala çıxmaq vacibdir"
Futbol
15 Aprel , 2018 20:14
Qriqorçuk: Kubokda Qəbələni finala çıxarmaq üçün hər şey edəcəyəm
Report

Qəbələ. 15 aprel. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXIII turunda "Səbail"lə evdə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransı keçirib.

“Report”un Şirvan bürosunun məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyun haqqında düşüncələrini bölüşüb.

- Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdır. Yaxşı odur ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək, tam əminəm ki, belə oynasaq, Azərbaycan Kubokunda finala keçə bilərik.

İlk hissədə niyə belə yaxşı oynamadınız?

- Analiz var və bunu futbolçulara deyəcəyik. Oyana bildik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardır. Bu, mənim üçün vacibdir və ümidləndirir.

Son oyunlara əsasən, belə demək olar ki, komandada qələbə ruhu ölüb...

- Bəli, tam razıyam. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odur ki, futbolçular toparlana bildilər və oyunları ilə finala çıxmaq ümidi verdilər.

Azarkeşlər böyük mütəxəssis kimi sizə çox inanırlar. Bunu Avropa Liqasının cavab matçlarında görmüşük. "Neftçi" ilə cavab qarşılaşmasında da azarkeşlər sizdən qələbə gözləyirlər...

- İlk növbədə xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu, məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdir. Bunun üçün hər şey edəcəyəm.

Son xəbərlər

Orphus sistemi