​Qriqorçuk: "Borussiya" ilə matç adi bir oyun olacaq"

​Qriqorçuk: "Borussiya" ilə matç adi bir oyun olacaq" "Bu oyun heç nəyi dəyişməyəcək"
Futbol
4 Noyabr , 2015 22:14
​Qriqorçuk: Borussiya ilə matç adi bir oyun olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Almaniya"nın "Borussiya" (Dortmund) klubu ilə keçirəcəkləri Avropa Liqası oyunundan öncə jurnalistlər önünə çıxıb.

"Report"un məlumatına görə, ukraynalı mütəxəssis mətbuat konfransına komandanın təcrübəli futbolçusu Rəşad Sadiqovla birgə qatılıb.

O bildirib ki, Sadiqovla gəlməsi yarımmüdafiəçinin əvvəllər "Qarabağ"ın heyətində ikən BVB stadionunda olması və stadionu daha yaxşı tanıması ilə əlaqədardır:

"Rəşad burada olduğu üçün yenidən gəlib. Burada olmalı idi ki, buradadır. Bu gəlişi onun start heyətində yer alacağı anlamı verməməlidir".

Daha sonra R.Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

Futbolda nəyəsə inancınız var?

- Belə uğuru illərlə yaxşı çalışmaqla qazanmaq lazımdır. Böyük zəhmət çəkməklə buna nail olmaq lazımdır. Aksioma kimi inanıram. Amma tibbdə dərman verirlər, deyirlər ki, bunu iç, sağalacaqsan. Xəstə də inancla içir. Mən Allaha, təmiz yaşamağa, heç kimə pislik etməməyə inanıram. Amma bütün futbol həyatım boyu xüsusi inanclarım yoxdur.

Komandanızdakı psixoloji vəziyyəti necə şərh edərdiniz?

- "Qəbələ" nəticə baxımından elə də yaxşı nəticə göstərmədi. 9 xaldan cəmi 2-ni qazanmışıq. Suala görə minnətdaram. Amma məhz xal qazanmadığımız oyunlardan razıyıq. Sadəcə, ələ düşən imkanlardan yararlana bilməmişdik. Bu suala ona görə yüksək əhval-ruhiyyədə cavab verirəm ki, bayram ruhunu qoruyaq. Çünki belə imkanlar hər zaman ələ düşmür.

Hər dəfə oyunun bayram olduğunu deməklə, şişirtməyə yol verirsiniz. Olmazdımı ki, sadə halda yanaşasınız?

- Bayram deməklə, əhəmiyyətə zərbə vurmuruq. Bunu əvvəlki oyunlarda da səviyyəli oyunumuzla göstəririk. "Krasnodar"ı yenə də bilərdik. "Borussiya" ilə matçda isə maraqlı nəsə verə bilərdik. Oyunun əvvəllərində qol imkanlarımıza əsasən deyərdim ki, normal hesabla qələbə qazanmağımız da mümkün idi. Sadəcə, ona görə bayram deyirəm ki, bundan zövq alaq, futbolçularım da ən yaxşı oyunlarını göstərsinlər. Biz mümkün qədər daha yaxşı oynamalıyıq. Əminəm ki, hər bir futbolçu ən yaxşı oyununu sərgiləyəcək.

Dodo və Rafael Santos meydana çıxa biləcəklərmi?

- Onlar meydana çıxmağa hazırdırlar. Çox nadir haldır ki, sabahkı heyəti bilirəm. Amma strateji cəhətdən açıqlamayacağam.

- Pyer-Emerik Obameyanqı saxlamaq üçün hansı tədbirlər görmüsünüz?

- Obameyanq elə bir unikal idmançıdır ki, hətta elmi cəhətdən öyrənilməyə ehtiyac duyur. Çünki gücü, sürəti və qıvraqlığı ilə seçilir. Belə bir fenomeni öyrənmək futbol elmi üçün çox vacibdir. Ona qarşı oynamaq çətindir, amma inanırıq ki, buna nail olacağıq.

Belə çətin oyunlarda həlledici amil nə olur və yetirmələriniz xüsusən nəyə diqqət yetirməlidir?

- Buna birmənalı cavab vermək mümkün deyil. Hər bir futbolçu ən yaxşı oyununu sərgiləməli və bütün istəklər üst-üstə düşməlidir. Amma taktiki aspekti xüsusi vurğulayardım. Çünki bu amil rəqibin hücumdakı oyunçularının qarşısını ala, neytrallaşdıra bilər. Bu o demək deyil ki, yalnız müdafiə olunmaqla istəyimizə nail olarıq. Müdafiə taktikası utopiyadır. Əksinə, önəmlisi hücumdur.

Dediniz ki, Allaha inanırsınız. Sabah "Qəbələ" qələbə qazansa, yenə hansısa sürpriziniz olacaq?

- Belə sürprizlər gələcəkdə də ola bilər. Bu oyun isə heç nəyi dəyişməyəcək. Adi bir oyun olacaq. Növbəti sürpriz qrup mərhələsini adladığımız halda ola bilər.

Son xəbərlər

Orphus sistemi