Qranit Caka: "Fanatların fikirlərini vecimə almıram"

Qranit Caka: "Fanatların fikirlərini vecimə almıram" Bu, bizim üçün Avropanın ən yaxşı turnirində iştirak etmək baxımından ikinci qızıl şans idi. Lakin bunu da dəyərləndirə bilmədik.
Futbol
30 May , 2019 12:04
Qranit Caka: Fanatların fikirlərini vecimə almıram

"Bu, bizim üçün Avropanın ən yaxşı turnirində iştirak etmək baxımından ikinci qızıl şans idi. Lakin bunu da dəyərləndirə bilmədik".

"Report" xəbər verir ki, bunu İngiltərənin "Arsenal" klubunun futbolçusu Qranit Caka Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərə açıqlamasında deyib. İsveçrəli yarımmüdafiəçi ilk hissədə rəqibdən daha yaxşı oynadıqlarını, amma buraxılan ilk qoldan sonra oyun planlarının pozulduğunu qeyd edib: "Fikrimcə, ilk hissəni yaxşı keçirdik, təhlükəli hücumlar qurduq. İkinci hissəyə rəqib daha yaxşı və sürətli başladı, qol vurdu. Bu da bizim oyunumuza mənfi təsir etdi. Qısa müddətdə qapımızda 2 qol gördük. Geridönüş etmək üçün irəli atıldığımız vaxt isə daha bir zərbə aldıq. Biz yenidən Çempionlar Liqasında iştirak etmək istəyirdik, növbəti dəfə bu şansımız var idi, amma bunu bacarmadıq".

31 yaşlı yarımmüdafiəçi azarkeşlərin sosial mediadakı tənqidlərinə fikir vermədiyini söyləyib: "Biz öz potensialımızın nə olduğunu bilirik. Bu məğlubiyyət tək azarkeşlərə yox, bizim özümüzə də ağır zərbə oldu. Təbii ki, finalda məğlub olanda xoşbəxt ola bilməzsən. Fanatlar sosial şəbəkələrdə çox danışırlar. Onların mənim, komanda yoldaşlarım və klub haqda dedikləri sözləri vecimə almıram".

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi