Yuxarı

"Qızıl top"un yeni sahibi məlum olub - FOTO

"Qızıl top"un yeni sahibi məlum olub - FOTO

Bakı. 4 dekabr. REPORT.AZ/ "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi start götürüb.

"Report"un məlumatına görə, tədbirdə əvvəlcə ən yaxşı ən gənc futbolçu üçün mükafat sahibini tapıb. Yaşı 21-dək olan futbolçular üçün nəzərdə tutulan mükafatın ilk sahibi Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe olub.

Daha sonra ilk dəfə ən yaxşı qadın futbolçunun adı açıqlanıb. Bu, Norveç millisinin və Fransa "Lion"unun hücumçusu Ada Hegerberqdir.

Nəhayət, sonda tədbirin aparıcısı, Fransa yığmasının sabiq futbolçusu David Jinola dünyanın 180 ölkəsindən olan jurnalistlərin seçdiyi "Qızıl top"un sahibinin adını açıqlayıb. Bu, Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçdir. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O, daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi