Lionel Messi 6-сı dəfə "Qızıl top" mükafatını qazanıb - FOTO - YENİLƏNİB

Lionel Messi 6-сı dəfə "Qızıl top" mükafatını qazanıb - FOTO - YENİLƏNİB France Football nəşrinin təsis etdiyi Qızıl top mükafatının yeni sahibi müəyyənləşib.
Futbol
3 Dekabr , 2019 00:31
Lionel Messi 6-сı dəfə Qızıl top mükafatını qazanıb - FOTO - YENİLƏNİB

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının yeni sahibi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messidir. O, 6-cı dəfə nüfuzlu mükafata sahib çıxıb.

İngiltərə "Liverpul"unun hollandiyalı müdafiəçisi Vircil van Deyk ikinci, İtaliya "Yuventus"unun portuqaliyalı forvardı Kriştianu Ronaldu üçüncü yeri tutub.


***00:19

"Qızıl top"un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun adı açıqlanıb.

"Report"un məlumatına görə, bu, qadınlardan arasında dünya çempionu olan ABŞ millisinin kapitanı Meqan Rapinodur. O, Lüsi Bronz və Aleks Morqanı üstələyib.


***00:03

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top"un təltifetmə mərasimində "Lev Yaşin" mükafatının sahibinin adı açıqlanıb. "Report"un məlumatına görə, bu, hazırda İngiltərə "Liverpul"unda çıxış edən braziliyalı qapıçı Alison Bekkerdir.

Alison İspaniya "Barselona"sından Mark Andre Ter-Ştegen və İngiltərənin "Mançester Siti" klubundan Edersonu geridə qoyub. Ona mükafatı Almaniya "Bavariya"sının və Polşa millisinin hücumçusu Robert Levandovski təqdim edib.


***23:48

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təltifetmə mərasimində ən yaxşı gənc futbolçunun adı açıqlanıb.

"Report"un məlumatına görə, bu, hazırda İtaliya "Yuventus"unda çıxış edən Hollandiya "Ayaks"ının sabiq müdafiəçisi Matteys De Liqtdir. 

O, mükafata 20 yaşında sahib çıxıb.


***23:42

Fransanın paytaxtı Parisdəki Şatle teatrında "Qızıl top" mükafatının təltifetmə mərasimi başlayıb.

"Report"un məlumatına görə, tədbirin aparıcıları keçmiş frutbolçu Didye Droqvba və aktrisa Sendi Erberdir. 

Mükafata namizədlərdən Kriştianu Ronaldu mərasimə qatılmayıb. Bu isə İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusunun mükafatçı olmayacağı anlamına gəlir.

Qeyd edək ki, digər namizədlər İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi ilə İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.

Son xəbərlər

Orphus sistemi