Yuxarı

Qətər şirkəti PSJ-ni satmaq istəyir

Qətər şirkəti PSJ-ni satmaq istəyir

“Qatar Sports Investments” fondu Fransanın PSJ klubunu satmaq istəyir.

“Report” “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, qətərli iş adamları öz ölkələrində keçiriləcək 2022-ci il dünya çempionatından sonra Paris təmsilçisi ilə vidalaşmağı düşünürlər.

Qətərlilər kluba böyük məbləğdə vəsait ayırmalarına rəğmən, onların daim tənqid edilməsindən və avrokuboklarda uğur qazana bilməmələrindən narazıdırlar. Onlar həmçinin 2011-ci ildən bəri 1 milyard avroya yaxın vergi ödəmələrindən məmnun deyillər.

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvüdür.

Qeyd edək ki, “Qatar Sports Investments” 2011-c il mayın 31-də 50 milyon avro qarşılığında klubun səhmlərinin 70 faizini alıb. Bir il sonra isə bu şirkət Paris təmsilçisinin yeganə sahibi olub. PSJ o vaxtdan 6 dəfə Fransa çempionu, 5 dəfə liqa, 4 dəfə isə ölkə kubokunun sahibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi