Yuxarı

UEFA İtaliya klublarının ev oyunlarını təxirə saldı

Qərar koronavirus epidemiyasına görə qəbul olunub

113

UEFA Gənclər Liqasının 1/8 final mərhələsində martın 4-də keçirilməli olan "İnter" (İtaliya) - "Renn" (Fransa) və "Atalanta" (İtaliya) - "Lion" (Fransa) görüşləri təxirə salınıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar İtaliyada yayılan koronavirus epidemiyasına görə qəbul olunub.

"İnter"in oyunu martın 10-da baş tutacaq. "Atalanta"nın Fransa təmsilçisi ilə qarşılaşmasının dəqiq vaxtı barədə isə gələn həftə açıqlama veriləcək.

Qeyd edək ki, İtaiyada 650 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 17 nəfəri dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi