"Qəbələ" "Zestafoni" ilə oyuna 16 futbolçu sifariş edib

"Qəbələ" "Zestafoni" ilə oyuna 16 futbolçu sifariş edib Onların arasında cəmi bir hücumçu var
Futbol
22 İyun , 2016 13:49
Qəbələ Zestafoni ilə oyuna 16 futbolçu sifariş edib

Bakı. 22 iyun. REPORT.AZ/ “Qəbələ”nin klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. "Report"un məlumatına görə, “qırmızı-qaralar” Gürcüstan “Samtredia”sı ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. 

Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb. Onların arasında cəmi bir hücumçu var. Bu, bir müddət öncə transferə çıxarılmış Sergey Zenyovdur. Estoniyalı forvard hazırda Qəbələdə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulub.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Petrjkeviç

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Luis Uiks, 32. Rəşad Eyubov

Hücumçu: 9. Sergey Zenyov

Qeyd edək ki, “Qəbələ” ilə “Samtredia” arasındakı ilk oyun iyunun 30-da Bakıda, cavab matçı iyulun 7-də Zestafonidə baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi