"Qəbələ" yeni mövsümə qələbə ilə başlayıb

"Qəbələ" yeni mövsümə qələbə ilə başlayıb Hesabat turuna avqustun 13-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq
Futbol
12 Avqust , 2017 22:10
Qəbələ yeni mövsümə qələbə ilə başlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Qəbələ" klubu futbol üzrə 2017/2018 mövsümünə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, əyalət təmsilçisi Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "İnter"i məğlub.

"İnter Arena"da baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarına Elvin Məmmədovla Filip Ozobiç imza atıblar. Meydan sahiblərinin yeganə qolunu isə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, mövsümün açılış oyununda "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. Hesabat turuna avqustun 13-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
I tur
12 avqust (şənbə)

"İnter” – "Qəbələ” - 1:2
Qollar: Pərdis Fərcad-Azad, 70 - Elvin Məmmədov, 13. Filip Ozobiç, 24-p.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
Bakı, "İnter Arena”

Son xəbərlər

Orphus sistemi