​"Qəbələ"yə 4 qol vuran futbolçunun transfer qiyməti 60 milyon avroya yüksəlib

​"Qəbələ"yə 4 qol vuran futbolçunun transfer qiyməti 60 milyon avroya yüksəlib Obameyanqın qiyməti hər il artır
Futbol
24 Noyabr , 2015 17:57
​Qəbələyə 4 qol vuran futbolçunun transfer qiyməti 60 milyon avroya yüksəlib

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Pyer-Emerik Obameyanqın qiyməti qalxıb. "Report"un məlumatına görə, klub rəhbərliyi qabonlu hücumçuya 60 milyon avro qiymət qoyub. 

Meydanda özünü yaxşı tərəfdən göstərən Obameyanqın qiyməti hər il artır.

"Borussiya" ilə müqavilə müddətini 2020-ci ilə qədər artıran 26 yaşlı hücumçu bu mövsüm ölkə çempionatında 15, kubok oyununda 1, Avropa Liqasında isə 7 qol vurub. 2008-ci ildə transfer qiyməti 500 min avro olan futbolçu 5 il sonra "Borussiya"ya 15 milyon avroya transfer olunub.

Qeyd edək ki, "Qəbələ"nin "Borussiya" ilə keçirdiyi hər iki oyunda Pyer-Emerik Obameyanq fərqlənməyə nail olub. O, Bakıda 3, doğma meydanda isə 1 dəfə "qırmızı-qaralar"ın qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi