Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" və "Panatinaikos" arasında ilk matç Bakıda keçiriləcək

    Bu barədə UEFA ilə danışıqlar aparılıb

    Bakı. 7 Avqust. REPORT.AZ/ "Qəbələ"nin Yunanıstan "Panatinaikos"una qarşı Avropa Liqasının "play-off" mərhələsində keçirəcəyi ilk oyunun məkanı dəyişdirilib.

    "Report"un məlumatına görə, UEFA ilə aparılan danışıqlar nəticəsində birinci matçın Bakıda təşkilinə qərar verilib.

    Oyun avqustun 20-də baş tutacaq. Matçın stadionu və başlama saatı hələ bilinmir. Cavab qarşılaşması isə bundan bir həftə sonra Afinada baş tutacaq.

    Qeyd edək ki, dəyişiklik "Qarabağ"la "Qəbələ"nin eyni gündə Bakıda meydana çıxmaması üçün edilib. Ağdam komandası İsveçrə "Yanq Boyz"u ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu isə avqustun 27-də evdə keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi