"Qəbələ" və "İnter"in Avropa Liqasındakı növbəti oyunlarına təyinatlar açıqlanıb

"Qəbələ" və "İnter"in Avropa Liqasındakı növbəti oyunlarına təyinatlar açıqlanıb "Çukariçki" və "Hafnarfyördur"la səfər matçları rumıniyalı və isveçli hakimlərə tapşırılıb
Futbol
11 İyul , 2015 17:23
Qəbələ və İnterin Avropa Liqasındakı növbəti oyunlarına təyinatlar açıqlanıb

11 iyul. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" və "İnter" klublarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, iyulun 16-da keçiriləcək qarşılaşmalar müvafiq olaraq, rumıniyalı və isveçli hakimlər briqadasına həvalə olunub. 

"Qəbələ"nin Serbiyada "Çukariçki" ilə matçına Radu Marian Petresku təyinat alıb. Ona həmyerlilərindən Mixail Ovidiu Artene və Vladimir Urzika yan xətt, Marsel Birsan dördüncü hakim kimi kömək edəcək. Albaniyalı Plarent Koterya hakim-inspektor, portuqaliyalı Joze Gilyerme Agilar isə UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. 

"İnter"in İslandiyada "Hafnarfyördur"la oynayacağı qarşılaşmada isə Mixael Lerjeus əsas söz sahibi olacaq. Daniel Qustavsson və Maqnus Syöblom yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi meydana çıxacaq. Bosniya və herseqovinalı Rusmir Mirkoviç hakim-inspektor, şotlandiyalı Con Teylor UEFA nümayəndəsi olacaq. Görüş yerli vaxtla saat 20:15-də (Bakı vaxtı ilə 17 iyul saat 00:05-də) start götürəcək. 

Qeyd edək ki, cavab görüşləri iyulun 23-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi