Yuxarı

​"Qəbələ" tarixində ilk dəfə olaraq Avroliqanın "play-off" mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO

Matç Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 06 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, turnirdəki təmsilçilərimizdən biri olan "Qəbələ" öz meydanında Kiprin "Apollon" klubunu qəbul edib.

Gərgin keçən qarşılaşma nəticəsində Azərbaycan klubu 1:0 hesabı ilə qalib gələrək turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb. Oyunda yeganə qolu səfər qarşılaşmasında olduğu kimi Cavid Hüseynov 11 metrlik cərimə zərbəsindən reallaşdırıb.

Qeyd edək ki, komandaların ilk qarşılaşması 1:1 hesabı ilə başa çatmışdı.

Avropa Liqası. III təsnifat mərhələsi. Cavab qarşılaşması

"Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0

Qol: Cavid Hüseynov, 80 (1:0)

Foto: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi