​"Qəbələ" tarixində ilk dəfə olaraq Avroliqanın "play-off" mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO

​"Qəbələ" tarixində ilk dəfə olaraq Avroliqanın "play-off" mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO Matç Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
178
6 Avqust , 2015 22:52
​Qəbələ tarixində ilk dəfə olaraq Avroliqanın play-off mərhələsinə vəsiqə qazanıb - FOTO - VİDEO

Bakı. 06 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, turnirdəki təmsilçilərimizdən biri olan "Qəbələ" öz meydanında Kiprin "Apollon" klubunu qəbul edib.

Gərgin keçən qarşılaşma nəticəsində Azərbaycan klubu 1:0 hesabı ilə qalib gələrək turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb. Oyunda yeganə qolu səfər qarşılaşmasında olduğu kimi Cavid Hüseynov 11 metrlik cərimə zərbəsindən reallaşdırıb.

Qeyd edək ki, komandaların ilk qarşılaşması 1:1 hesabı ilə başa çatmışdı.

Avropa Liqası. III təsnifat mərhələsi. Cavab qarşılaşması

"Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0

Qol: Cavid Hüseynov, 80 (1:0)

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi