​"Qəbələ" - "Sumqayıt" matçının keçirilmə vaxtı dəyişdirilib

​"Qəbələ" - "Sumqayıt" matçının keçirilmə vaxtı dəyişdirilib Qarşılaşma sentyabrın 21-də keçiriləcək
Futbol
15 Sentyabr , 2015 13:51
​Qəbələ - Sumqayıt matçının keçirilmə vaxtı dəyişdirilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyununun vaxtı dəyişdirilib. "Report"un Peşəkar Futbol Liqasına (PFL) istinadən verdiyi məlumata görə, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 20-də deyil, bir gün sonra baş tutacaq.

Belə ki, "Qəbələ" klubu PFL-ə müraciət edərək "Sumqayıt"la görüşün vaxtının dəyişdirilməsini xahiş edib. PFL əsasnaməni nəzərə alaraq, Azərbaycanı Avropa Liqasında təmsil edən komandanın oyun vaxtını dəyişib.

Son xəbərlər

Orphus sistemi