Yuxarı

​"Qəbələ" Serbiyanın "Çukariçki" klubuna məğlub olub

Oyun 0:1 hesabı ilə başa çatıb

Bakı. 17 İyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, Qəbələnin eyniadlı klubu səfərdə Serbiyanın "Çukariçki" klubunun qonağı olub.

Rəqibin üstünlüyü şəraitində keçən qarşılaşma "Qəbələ"nin məğlubiyyəti ilə başa çatıb - 1:0. Oyunda yeganə qol 11 metrlik cərimə zərbəsindən vurulub.

Avropa Liqası. II təsnifat mərhələsi. Birinci oyun.

"Çukariçki" - "Qəbələ" - 1:0

Qol: Nikola Stojiljkoviç, 53 (pen.)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi