​"Qəbələ" - "Samtredia" oyununun biletləri satışa çıxarılıb

​"Qəbələ" - "Samtredia" oyununun biletləri satışa çıxarılıb Qiymətlər 1-10 manat arasında dəyişir
Futbol
27 İyun , 2016 19:16
​Qəbələ - Samtredia oyununun biletləri satışa çıxarılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb.

"Report"un məlumatına görə, biletləri bu gündən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından əldə etmək mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi