"Qəbələ" Rusiyanın "Krasnodar" klubuna məğlub olub - VİDEO

"Qəbələ" Rusiyanın "Krasnodar" klubuna məğlub olub - VİDEO Rusiya klubu 2:1 hesabı ilə qalib gəlib
Futbol
2 Oktyabr , 2015 02:13
Qəbələ Rusiyanın Krasnodar klubuna məğlub olub - VİDEO

Krasnodar. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən "Qəbələ" növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" Rusiyada "Krasnodar"la üz-üzə gəlib.

Yağışlı havada start götürən matç qonaqların üstünlüyü ilə başlayıb. 9 minə yaxın azarkeşin izlədiyi oyunda hesabı ev sahibləri açıb. Qarşılaşmanın 8-ci dəqiqəsində Vanderson Ari adını tabloya yazdırıb - 1:0. Bundan sonra üstünlük, əsasən meydan sahiblərində olub. Rəqib Dmitri Bezotosnının qoruduğu qapı önündə bir neçə təhlükəli vəziyyət yaratsa da, cəhdlər uğursuz alınıb. Görüşün 38-ci dəqiqəsində Dodo rəqib qapısına yol tapsa da yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldığından hesab dəyişməyib. İlk hissə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci 45 dəqiqəyə də "Qəbələ" fəal başlayıb. Maçtın 51-ci dəqiqəsində Dodo "Kuban" stadionunu sükuta qərq edib - 1:1. 7 dəqiqə sonra braziliyalı futbolçu növbəti dəfə rəqib qapısına yol tapıb. Lakin bu dəfə də yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldığından, qol sayılmayıb. 75-ci dəqiqədə Rəşad Sadiqov diqqət mərkəzinə düşüb. Yarımmüdafiəçinin zərbəsi qapı tirinə tuş gəlib. Matçın 84-cü dəqiqəsində Smolov "Qəbələ"nin qapısından ikinci topu keçirib.

Qarşılaşma bu hesabla da başa çatıb.

Son xəbərlər

Orphus sistemi