Yuxarı

"Qəbələ" rəsmisi Avropa Liqasındakı püşkün nəticəsinə münasibət bildirib

Fariz Nəcəfov: Bilmədik sevinək, yoxsa...

Bakı. 22 iyun. REPORT.AZ/ "Püşkün nəticəsini öyrəndikdə ikili hisslər keçirdim. Bilmədik sevinək, yoxsa...". Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasında I təsnifat mərhələsinin püşkünün nəticələrini dəyərləndirərkən deyib. 

Klub rəsmisi püşkün potensial rəqiblərdən İngiltərə "Vest Hem"ini "qara-qırmızılar"a qismət etməməsinə sevindiklərini bildirib. Digər tərəfdən, o, "Qəbələ"yə rəqib olan Gürcüstan "Dinamo"sunu zəngin tarixə və avrokubok təcrübəsinə malik komanda kimi dəyərləndirib. F.Nəcəfov istənilən halda, mərhələ adlamağa borclu olduqlarını söyləyib: "Hamımız məsuliyyətimizi dərk edirik. İnanmaq istərdik ki, hələ ötən mövsüm öhdəsindən gəlməli olduğumuz növbəti mərhələ vəzifəsini bu dəfə gerçəkləşdirməyi bacaracağıq". 

Qeyd edək ki, "Qəbələ" "Dinamo" ilə ilk görüşünü iyulun 2-də Tbilisidə, cavab görüşünü isə doğma arenada keçirəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi