Yuxarı

"Qəbələ” - “Qarabağ” oyununun yeri və vaxtı dəyişdirilib

"Qəbələ” - “Qarabağ” oyununun yeri və vaxtı dəyişdirilib
Bu barədə qırmızı-qaraların vitse-prezidenti Fariz Nəcəfov məlumat verib

Bakı. 14 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişdirilib.

Bu barədə “Report”a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, mayın 20-də nəzərdə tutulan matç mayın 21-nə keçirilib. Görüş isə Qəbələdə yox, Bakıda olacaq. Buna səbəb qarşılaşma başa çatandan sonra reallaşacaq mükafatlandırma mərasimidir.

F.Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) oyunun Bakıda keçirilməsinə dair müraciətini müsbət cavablandırdıqlarını diqqətə çatdırıb: "Biz baş məşqçi və klub prezidenti ilə danışdıq, məsləhətləşdik. PFL də bizə müraciət etdi. Nəticədə razılığa gəldik. Həmin matç mayın 21-də Bakıda keçiriləcək. "Qarabağ" və "Qəbələ" klublarının mükafatlarını eyni vaxtda alması üçün bu addım atılıb". 

“Qarabağ” qızıl, “Qəbələ” isə gümüş medalı təmin etsə də, “bürüncü”n sahibi son turda bəlli olacaq. Üçüncü yerin sahibinin mükafatlandırmada işirakı üçün “Qəbələ” – “Qarabağ” görüşü turun digər görüşləri ilə eyni gündə deyil, ertəsi baş tutacaq. Hələlik oyunun keçiriləcəyi stadion müəyyənləşməyib. 

Qeyd edək ki, bürünc medallara “Neftçi”, “Zirə” və “Sumqayıt” iddialıdır. “Ağ-qaralar” son turda “Kəpəz”in qonağı olacağı halda, digər iki kollektiv Sumqayıtda üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi