Yuxarı

"Qəbələ" Polşada cavab qarşılaşmasına hazırlaşır

"Qəbələ" Polşada cavab qarşılaşmasına hazırlaşır
Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib

Bakı. 17 iyul. REPORT.AZ/ UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yola düşüb.

"Report" xəbər verir ki, “Qırmızı-qaralar” bu gün Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi