​"Qəbələ" - PAOK oyununun hakimləri açıqlanıb

​"Qəbələ" - PAOK oyununun hakimləri açıqlanıb Matçın baş hakimi Xavyer Estrada olacaq
Futbol
14 Sentyabr , 2015 15:20
​Qəbələ - PAOK oyununun hakimləri açıqlanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" və Yunanıstan PAOK-u arasında keçiriləcək matçın bütün təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Bakıda baş tutacaq görüşün idarə olunması İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Xavyer Estrada olacaq. Ona Migel Martines və Teodoro Sobrino yan xətt hakimləri, Alexandro Hernandes, Santyaqo Xayme əlavə köməkçi hakimlər qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilya yerinə yetirəcək. Hakim-inspektor moldovalı Vladimir Antonov, UEFA nümayəndəsi isə polşalı Miroslav Rışkadır.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi